“Fransada jurnalistlərə hücum edənlərin cəzalandırılacağını gözləyirik” - XİN

fransada-jurnalistlere-hucum-edenlerin-cezalandirilacagini-gozleyirik
Oxunma sayı: 2432

“Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN tviter hesabında yazıb.

“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - məlumatda deyilir.