Fransada kilsədə yanğın - Video

Fransada kilsədə yanğın
Oxunma sayı: 635

Fransanın Lil şəhərində müqəddəs Pyotr və Pavel kilsəsində yanğın olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Yerli “La Voix du Nord” nəşrinin məlumatına görə, yanğın mayın 3-ü yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə saat 22:00-red.) başlayıb. Onun söndürülməsi üçün 60-dan çox canlı qüvvə, 3 yanğınsöndürən maşın cəlb olunub.  

Qeyd edək ki, Lildəki kilsənin əsası 1854-cü ildə keçmiş kərpic zavodunun ərazisində qoyulub, inşası 1857-ci ildə başa çatıb. Tikilinin memarı Pyer Kaloandır.