Fransada kişi həyat yoldaşı və 5 uşağı girov götürdü

fransada-kisi-heyat-yoldasi-ve-5-usagi-girov-goturdu
Oxunma sayı: 968

Fransanın Trua şəhərində silahlı kişi hamilə qadın və beş uşağı girov götürüb. “Qafqazinfo” bildirir ki, bu barədə “BFMTV” polisə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, cinayətkar girov götürülən qadının həyat yoldaşıdır. Polislər hadisənin baş verdiyi evi mühasirəyə alıb. Onlar kişi ilə danışıqlar aparır. Kişi insident yerinə gələn bir qrup polisə atəş açıb. Heç kim yaralanmayıb.

Öz növbəsində, “France 3” baş verənlərin səbəbi kimi ailə münaqişəsini göstərib. İlkin məlumata görə, kişinin psixi problemləri var.