Fransada koronavirus qurbanlarının sayı 18 minə yaxınlaşır

fransada-koronavirus-qurbanlarinin-sayi-18-mine-yaxinlasir
Oxunma sayı: 859

Fransada son sutka ərzində 753 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” worldometer.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 17 min 920 olub. 165 min 27 nəfərdə ümumi yoluxma faktı qeydə alınıb.

32 min 812 nəfər isə xəstəliyə qalib gəlib.