Fransada koronavirus qurbanlarının sayı 30 minə yaxınlaşır

fransada-koronavirus-qurbanlarinin-sayi-30-mine-yaxinlasir
Oxunma sayı: 925

Fransada son sutka ərzində daha 344 nəfərdə koronavirus aşkarlanıb, 111 pasiyent həyatını itirib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 157 716-ya, bu virusdan ölənlərin sayı isə 29 547-yə yüksəlib.

Bundan əlavə, indiyədək 73 335 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 54 834 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 820-sinın vəziyyəti ağır qiymətləndirilir.