Fransada koronavirus qurbanlarının sayı artdı

fransada-koronavirus-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 1071

Fransada koronavirusdan ölənlərin sayı 25 809-a yüksəlib, son sutka ərzində 278 nəfər vəfat edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Səhiyyə Direksiyası (DGS) məlumat verib.

Xəstəxanalarda 16 237, qocalar evində 9 572 nəfər dünyasını dəyişib.

23 983 pasiyent Fransa xəstəxanalarında qalmaqdadır. Son sutka ərzində 833 yeni xəstə tibb müəssisələrinə yerləşdirilib. 3 147 nəfər reanimasiyadadır.

İndiyədək ölkədə 94,8 min insan xəstəxanalıq olub. Onlardan 54 minə yaxını sağalıb və xəstəxanalardan evə buraxılıb.