Fransada koronavirusa ilk yoluxma dekabrda baş verib

fransada-koronavirusa-ilk-yoluxma-dekabrda-bas-verib
Oxunma sayı: 1236

Fransız həkim İv Koen ölkədə koronavirusa ilk yoluxma hadisəsinin əslində 2019-cu ilin dekabr ayının sonunda qeydə alındığını açıqlayıb.

“Qafqazinfo” “BBC” yə istinadən xəbər verir ki, dekabrın 27-də Parisin yaxınlığında bir pnevmoniya xəstəsindən götürülən analiz nümunəsi bu yaxınlarda koronavirus testindən keçib və nəticə pozitiv çıxıb. 50 yaşlı pasiyentin o gündən sonra sağaldığı deyilib.

Keçmiş pasiyentin sözlərinə görə, o, epidemiyanın yayıldığı ölkələrə səfər etmədiyi üçün koronavirusa yoluxa biləcəyindən şübhələnməyib.

Qeyd edək ki, bu günə qədər Fransada ilk yoluxma faktının 2020-ci ilin yanvar ayının 24-də qeydə alındığı bildirilirdi.