Fransada koronavirusdan daha 110 nəfər öldü

fransada-koronavirusdan-daha-110-nefer-oldu
Oxunma sayı: 800

Fransada son sutka ərzində koronavirusdan 110 nəfər dünyasını dəyişib

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə ölənlərin sayı 28 min 132 nəfərə çatıb. Onlardan 17 min 812-si xəstəxanada, 10 min 320-si isə tibbi-sosial müəssisələrdə vəfat edib.

Fransada ümumilikdə 180 min 809 yoluxma faktı var.