Fransada koronavirusdan ölənlərin sayı 27 mini ötdü

fransada-koronavirusdan-olenlerin-sayi-27-mini-otdu
Oxunma sayı: 831

Fransada son sutka ərzində 83 nəfər koronavirusun qurbanı olub.

"Qafqazinfo" xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 27 074-ə çatıb.

Qeyd edək ki, indiyədək Fransada 178 060 nəfər koronavirusa yoluxub, onlardan 58 673-ü sağalıb. Aktiv xəstələrin sayı 92 313-dür.