Fransada koronavirusdan ölənlərin sayı artdı

fransada-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 3985

Fransada koronavirusa yoluxanların sayı 33 minə yaxınlaşır, son sutka ərzində 4 minə yaxın insan xəstələnib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon məlumat verib.

“Testin nəticələrinə əsasən təsdiq olunmuş yoluxma hallarının sayı 32 964-dür”, - Salomon brifinqdə deyib.

Onun sözlərinə görə, xəstəxanalarda 1995 nəfər dünyasını dəyişib, ölənlərin 85%-nin yaşı 70-dən yuxarıdır. 

Daha əvvəl 29 155 yoluxma və 1696 ölüm barədə xəbər verilirdi.