Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı 13 832-yə yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon məlumat verib.
Onun sözlərinə görə, xəstəxanalarda 8 943 nəfər dünyasını dəyişib, son sutka ərzində 353 nəfər vəfat edib. Qocalar evində koronavirusdan 4 899 nəfər həyatını itirib.
Hazırda 31 mindən çox insan xəstəxanalarda müalicə olunur. Son sukta ərzində hospitallara daha 2 044 pasiyent daxil olub.
Son xəbərlər
Son Xəbərlər