Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı 330 nəfər artaraq 25 531-ə yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Səhiyyə Direksiyası (DGS) məlumat verib.
İndiyədək ölkədə ümumilikdə 94 191 nəfər xəstəxanalıq olub, 52 736 nəfər sağalıb. DGS-nin məlumatına görə, xəstəxanalarda 16 060 nəfər, sosial və tibbi-sosial müəssisələrdə isə 9 471 nəfər həyatını itirib.
Hazırda 24 775 pasiyent Fransa xəstəxanalarında qalmaqdadır, son sutka ərzində daha 987 nəfər tibb müəssisələrinə yerləşdirilib. Reanimasiya şöbələrində 3 430 pasiyentin vəziyyəti ağır olaraq qalmaqdadır.
Son xəbərlər
Son Xəbərlər