Fransada küçəyə türk futbolçunun adı verildi - Foto

fransada-kuceye-turk-futbolcunun-adi-verildi
Oxunma sayı: 2260

Fransanın Lill şəhərində küçələrdən birinə türkiyəli futbolçu Burak Yılmazın adı verilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun  “Lill”in ölkə çempionu olmasında böyük rol oynamasıdır.

Küçədə yerləşdirilən lövhədə “Burak Yılmaz ən yaxşı hücumçudur - Lillin kralı” fikirləri yazılıb.

Bununla bağlı küçədə açılış mərasimi olub və mərasimə “Lill” azarkeşləri qoşulub. 

Qeyd edək ki, Burak Yılmaz “Lill”də ölkə çempionu olub və komandanın 16 qolunu vurub.