Fransanın Dryö şəhərinin meriyasında atışma olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Agence France Presse” mənbələrinə istinadən xəbər verib.
Belə ki, naməlum kişi ov tüfəngi ilə meriyanın şöbələrindən birinə girib. O, işçilərdən birinə atəş açaraq onu yaralayıb. Bundan sonra silahlı şəxs intihar edib.
Hadisəyə məişət münaqişəsi səbəb olub. “BFM” telekanalının məlumatına görə, meriyanın işçisi həmin silahlı şəxsin arvadının sevgilisi olub.
Son xəbərlər
Son Xəbərlər