Fransada məscidə hücum olub

fransada-mescide-hucum-olub
Oxunma sayı: 632

“Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Fransanın şimalındakı Arras şəhərində beyzbol dəyənəyi ilə silahlanmış naməlum şəxs məscidə daxil olaraq, buradakı dindarları döyməyə başlayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər də ciddi xəsarət alıb.

Hücum edən şəxs saxlanıldıqdan sonra onun 32 yaşlı əslən mərakeşli Fransa vətəndaşı olduğu müəyyənləşib. Məscidin mollası həmin şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyini bildirib.