Fransada milçəyi öldürmək istəyən qoca evi partlatdı

fransada-milceyi-oldurmek-isteyen-qoca-evi-partlatdi
Oxunma sayı: 3125

Fransanın Parkul-Şeno kommunasının 82 yaşlı sakini milçəyi öldürmək istəyərkən evini partladıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Dordon departamentində yaşayan qoca elektrikli milçəköldürənlə milçəyi öldürmək istəyib. Lakin evdə qaz balonundan sızma olduğundan bu zaman partlayış baş verib. Nəticədə evin tavanı çöküb.

Yaşlı kişinin isə əlində yanıq xəsarətləri meydana gəlib.