Fransada müəllimlər aksiya keçirdi - Dərslər dayandı

fransada-muellimler-aksiya-kecirdi
Oxunma sayı: 1039

Fransanın bir çox şəhərində müəllimlər kütləvi şəkildə tətil keçirib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, təhsil sistemindəki qanunvericiliyə etiraz edən müəllimlər təhsil naziri Jan-Mişel Blanker əleyhinə şüarlar səsləndiriblər.

Parisdə müəllimlərin 70 faizinin tətilə qoşulması səbəbindən bir çox məktəbdə dərslər dayandırılıb.

Qeyd edək ki, Fransada 2022-ci ilə qədər müəllimlərin sayının 120 minədək azaldılması planlaşdırılır.