Fransada 1 May nümayişi zamanı aqressiv qruplarla toqquşmalarda 30-dək polis və jandarma zabiti xəsarət alıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Overn-Rona-Alp bölgəsinin prefekturası məlumat yayıb.
Nümayişçilərin önündə gedən 200-dək şəxs dükanların şüşələrini qırmağa, zibil qutularını yandırmağa və kordonda dayanan polislərə müxtəlif əşyalar atmağa başlayıb. Polis gözyaşardıcı qazdan istifadə etməli olub. 34 nəfər aksiya iştirakçısı saxlanılıb. Qeyd edək ki, Parislə yanaşı, Nant, Lion, Lill şəhərlərindəki nümayişlər də polislə toqquşmalara səbəb olub.
Son xəbərlər
Son Xəbərlər