Fransada parklar açılır

fransada-parklar-acilir
Oxunma sayı: 1215

Fransa hökuməti "narıncı" zonalarda, o cümlədən Parisdə parkların və bağların açılması haqqında qərar qəbul edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Eduar Filipp açıqlayıb.

“Biz, həmçinin bütün zonalarda məktəb və kolleclərin və “yaşıl” zonalarda liseylərin açılmasını  sürətləndirməyə qərar verdik... “Narıncı” zonalarda parkların və bağların açılışı. Lakin bərpa olunan bu azadlıq öhdəliklər tələb edir”, - hökumət başçısı deyib.

Onun sözlərinə görə, karantindən çıxış iyunun 2-dən başlayacaq. O qeyd edib ki, on nəfərdən çox insanın bir yerdə toplaşmasına dair qadağa hələ də davam edəcək, həmçinin distant iş mümkün olduğu halda prioritet olmalıdır.