Fransada parlament seçkilərinin 1-ci turunun ilkin nəticələri açıqlandı

fransada-parlament-seckilerinin-1-ci-turunun-ilkin-neticeleri-aciqlandi
Oxunma sayı: 880

Fransada iyunun 12-si baş tutan parlament seçkilərinin birinci turunun ilkin nəticələri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Beləliklə, ölkənin hakim “Birgə!” bloku səslərin 25,7%-ni, “Yeni Xalq Ekoloji və Sosial Birliyi” isə 25,6%-ni toplayıb.

Səslərin 18,7%-ni toplayan Marin Le Penin “Milli birlik” partiyası isə üçüncü pillədə yer alıb.

Bununla yanaşı, dördüncü pillədə “Respublikaçılar” (10,4%), beşinci pillədə isə Erik Zemmurun “Rekonkista” (4,2%) yer alıb. Digər partiya və birliklər 4%-lik səddi keçə bilməyib.

Qeyd edək ki, parlament seçkilərinin ikinci turu iyunun 19-da keçiriləcək.