Fransada pensiya islahatına qarşı növbəti etiraz aksiyası başlayır

fransada-pensiya-islahatina-qarsi-novbeti-etiraz-aksiyasi-baslayir
Oxunma sayı: 1342

Fransada pensiya islahatına qarşı yenidən etiraz aksiyası başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Franceinfo” yayıb. 

Məlumata görə, bu gün ölkədə metro və qatar reyslərinin bir çoxu ləğv edilib, əksər məktəblərdə isə dərslər dayandırılıb. 

Bugünkü aksiya yanvarın ortalarından bəri keçirilən altıncı belə aksiya və tətil olacaq. Bu aksiyada digərlərinə nisbətən daha çox insanın iştirak edəcəyi gözlənilir. 

Xatırladaq ki, yanvarın 31-i keçirilən aksiyada isə təqribən 2,8 milyon insan iştirak edib.

Qeyd edək ki, Baş nazir Elizabet Born yanvarın 10-u ölkənin pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Hökumət isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.