Fransada polisin öldürdüyü gənc dəfn edildi

fransada-polisin-oldurduyu-genc-defn-edildi
Oxunma sayı: 1801

Fransada polisin öldürdüyü 17 yaşlı Nahel bu gün dəfn edilib.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, İbn Badis məscidində keçirilən mərasimdə çox sayda insan iştirak edib.

Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb.  Hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfərin saxlanıldığı bildirilir.