Fransada prezident seçkilərinin II turu bu tarixdə keçiriləcək

fransada-prezident-seckilerinin-ii-turu-bu-tarixde-kecirilecek
Oxunma sayı: 2079

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-ü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fransa mediası yayıb.

İkinci turda ölkənin hazırkı Prezidenti Emmanuel Makron və Milli Birlik Partiyasının lideri Marin Le Pen iştirak edəcək.

Xatırladaq ki, aprelin 10-u Fransada prezident seçkilərinin birinci turu keçirilib. İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.

Ümumilikdə seçkilərdə 12 namizəd mübarizə aparıb.