Fransada prezidentliyə namizədə butulka atdılar - Video

fransada-prezidentliye-namizede-butulka-atdilar
Oxunma sayı: 2366

Fransada prezidentliyə namizəd Erik Zemmura paytaxt Parisin şimalında Port-de-lya Villet parkına səfəri zamanı butulka atılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Le Parisien” qəzeti yayıb. 

Məlumata görə, sözügedən park narkotik istifadəçilərinin toplaşdığı məkan olaraq bilinir. 

Qeyd olunub ki, hadisə Zemmur “CNews” telekanalında “Morandini live” verilişinin canlı efirində olarkən baş verib. Zemmur kütlə içərisində olarkən həmin bölgədə yaşayan bir şəxs ona hansısa əşya atıb. Prezidentliyə namizədin cangüdənləri dərhal onu əhatəyə alıblar. Sözügedən əşyanın daha sonradan butulka olduğu aydın olub. 

Polis hadisəni törədən şəxsi saxlayıb. 

Xatırladaq ki, bu, Erik Zemmura qarşı edilən ilk belə hadisə deyil. Belə ki, mart ayının əvvəlində Zemmur Fransanın cənubunda Muassak şəhərinə səfər edərkən onun başına yumurta atılmışdı.