Fransada qatar miqrantları vurdu, ölən və yaralananlar var

fransada-qatar-miqrantlari-vurdu-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1029

Fransada regionlararası marşrut üzrə hərəkət edən qatar bir qrup miqrantı vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə O-de-Fransa regionunun nəqliyyat vasitələri ilə bağlı məsələlər üzrə sədr müavini Frank Dersen öz tviter hesabında məlumat verib.

İnsident Fransanın şimalında Pa-de-Kale departamentində baş verib. 

Məlumata əsasən, Eritreya vətəndaşları olan 4 miqrant leysan yağışı yağan zaman dəmir yolu ilə hərəkətdə olublar. Miqrantlar yaxınlaşan qatarı görməyiblər. Qatarın maşinisti isə öz növbəsində yolda işıqlandırma olmadığından və yağışın vəziyyəti daha da pisləşdirdiyindən miqrantları görməyib. 

Nəticədə, 1 nəfər həlak olub, daha 1 nəfər isə ağır yaralanıb. Digər iki nəfər isə yüngül yaralar alıb.