Fransada qrip 1100 can alıb

fransada-qrip-1100-can-alib
Oxunma sayı: 1014

Fransanın bütün regionlarını bürümüş qrip epidemiyasından 2018-ci ilin oktyabrından etibarən 1100 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təcili yardıma müraciət edən 12 min pasiyentdən 1800-ü artıq xəstəxanalara yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin 43%-i 75 yaşlı, 15%-i isə 5 yaşadək olan xəstələrdir. Səhiyyə Nazirliyi epidemiyanın pik həddə çatmadığını bildirib.