Fransada saxlanılan etirazçıların sayı 3000-i keçdi

fransada-saxlanilan-etirazcilarin-sayi-3000-i-kecdi
Oxunma sayı: 1063

Fransada keçirilən etirazlarda indiyədək 3200-ə yaxın insan saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  iyunun 27-dən başlayan iğtişaşlarda ölkə daxilində ən azı 1000 bina və 5000 avtomobil yandırılıb.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.