Fransada seçki bitdi, Makronla Le Pen ikinci tura keçdi - Yenilənib

fransada-secki-bitdi-makronla-le-pen-ikinci-tura-kecdi
Oxunma sayı: 5518

Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Fransada və onun Qərb yarımkürəsindəki departamentlərində 70 minə yaxın seçki məntəqəsi açılıb. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox seçici qeydə alınıb.

Seçkilərdə Fransanın hazırkı prezidenti Emmanuel Makron da daxil olmaqla 12 namizəd iştirak edir. Onun əsas rəqibi “Milli Assosiasiya”nın namizədi, deputat Marine Le Pendir.

Makron Le Tuke şəhərinin (ölkənin şimalı, Pas-de-Kale departamenti) meriyasında səs verəcək.

Fransa prezident seçkilərində yeni rekord bitərəf qalma qeydə alınacağı gözlənilir.

***

BBC-nin məlumatına görə,Yerli “Exit-poll”un ilkin nəticələrinə əsasən, ölkənin hazırkı Prezidenti Emmanuel Makron rəqiblərindən kiçik fərqlə öndədir.

Qeyd edək ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər.

Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.

***

Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.

Məlumata görə, hazırkı Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək.

İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.