Fransada səs verməyə gedən Türkiyə vətəndaşları PKK tərəfdarlarının hücumuna məruz qalıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Fransanın Strasburq və Marsel şəhərlərində baş verib.
Strasburqda səs verməyə gedən 4 türk gənc yola çıxdıqdan sonra Ərdoğanın seçki mahnısını ifa etməyə başlayıb. Bunu eşidən qrup əllərində çəkiclə onların avtomobilinə hücum edib. Hücum edən 3 nəfər polis tərəfindən saxlanılıb.
Hücum nəticəsində bəzi türk seçicilər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər