Fransada terror hücumu ilə bağlı xəbərdarlıq edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Daxili Təhlükəsizlik orqanının baş direktoru Patrik Kalvar ölkədə terror ehtimalı olduğunu deyib. Qurum rəhbəri bildirib ki, yeni planında Suriya və İraqdakı əcnəbi döyüşçülərdən istifadə edən İŞİD Fransaya hücum etməyə hazırlaşır. “Fransa İŞİD və Əl-Qaidə tərəfindən ən çox təhdid edilən ölkədir” deyən Kalvar onu da vurğulayıb ki, hücum üçün böyük və sıxlıq olan məkanlar hədəf alınıb.
Son xəbərlər
Son Xəbərlər