Fransada terrorçu saxlanıldı

fransada-terrorcu-saxlanildi
Oxunma sayı: 670

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insanları havalimanına aparan sürücü terror hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Bildirilir ki, 23 yaşlı gəncin üzərində aparılan axtarış zamanı onda partlayıcı aşkar edilib. Məlum olub ki, şübhəli bilinən gənc ekstremistlərlə əlaqəli ola bilər.

Bundan başqa, saxlanılan şəxsin mobil telefonuna baxış keçirilib və telefonda İŞİD terror qruplaşmasının bayrağının şəkli tapılıb.

Aysel Kərimova