Fransanın cənub-qərbində polis helikopteri qəzaya uğrayıb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tarbes qəsəbəsindəki hərbi bazadan havaya qalxan polis helikopteri bilinməyən səbəbdən Haute-Pyrenees bölgəsində dağlıq əraziyə çırpılıb.
Hadisə nəticəsində pilot daxil olmaqla 4 nəfər həlak olub.
Helikopterin təlim uçuşu keçirdiyi bildirilir.
Fransa prezidenti Frnsua Olland və baş nazir Manuel Valls baş vermiş təyyarə qəzasında ölənlərin yaxınlarına baş sağlığı veriblər.
Son xəbərlər
Son Xəbərlər