Fransada təyyarə qəzaya düşdü - Belçika vətəndaşları öldü

fransada-teyyare-qezaya-dusdu
Oxunma sayı: 720

Fransanın cənub-şərqində, Alp dağlarında kiçik mühərrikli təyyarə qəzaya düşüb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən məlumatına görə, hadisə nəticəsində 47 və 60 yaşlarında olan iki Belçika vətəndaşı həlak olub. Onların dostları ilə brilikdə Alpa səyahət etdikləri bildirilir.

Yerli hava limanı müvəqqəti olaraq bağlanıb. 

Hadisə yerinə tədqiqatçılar və polislər cəlb olunub.