Fransada virusdan bir gündə ölənlərin sayı yenə artdı

fransada-virusdan-bir-gunde-olenlerin-sayi-yene-artdi
Oxunma sayı: 1592

Fransada son 24 saatda koronavirusdan 1427 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 10 min 328-ə yüksəlib. Son 24 saatda 3777 nəfərdə virus aşkarlanıb. Ümumi yoluxanların sayı 109 min 69-a yüksəlib.

Qeyd edək ki, Fransa dünya üzrə koronavirusdan ən çox ölüm halı müşahidə olunan dördüncü ölkədir.