Fransada virusdan ölənlərin sayı artmaqda davam edir

fransada-virusdan-olenlerin-sayi-artmaqda-davam-edir
Oxunma sayı: 1676

Son 24 saat ərzində Fransada 4 min 276 nəfərdə koronavirus aşkarlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da virusa yoluxanların ümumi sayı 44 min 450 nəfər olub. Son sutkada 418 nəfərin ölməsi ilə virus qurbanlarının sayı 3 min 024 nəfərə yüksəlib.

Covid-19-dan sağalanların sayı isə 7 min 924 nəfərdir.