Fransada Yeni il gecəsi 870-dən çox avtomobil yandırılıb

fransada-yeni-il-gecesi-870-den-cox-avtomobil-yandirilib
Oxunma sayı: 3633

Fransada Yeni il gecəsi xuliqanlar tərəfindən 870-dən çox avtomobil yandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib. Onun sözlərinə görə, bu rəqəm 874 olub. Bu isə əvvəlki illərlə müqayisədə azdır. 

2019-cu ildə naməlum şəxslər tərəfindən 1,3 mindən çox avtomobil məhv edilib.

Nazirin sözlərinə görə, Fransada bir gecədə 440-dan çox adam saxlanılıb, onlardan 380-ə yaxını nəzarətə götürülüb.