Fransada yeni nazirlər təyin olundu

Fransada yeni nazirlər təyin olundu
Oxunma sayı: 734

Fransa hökumətində yeni nazirlər təyin olunub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təyinatları cümə günü Yelisey sarayının baş katibi Aleksis Kohler elan edib.

Ketrin Kolonna Fransa Xarici İşlər Nazirliyinin rəhbəri olub. O, 2017-ci ildən XİN-ə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Kolonna peşəkar diplomat və siyasətçidir. O, Fransanın səfiri rütbəsinə malik üç fransız qadından biridir və əvvəllər ölkənin Böyük Britaniya və İtaliyadakı diplomatik nümayəndəliklərinə rəhbərlik edib. 

Fransanın Müdafiə Nazirliyinə Sebastyan Lekornu rəhbərlik edəcək. 
Daxili İşlər Nazirliyinə Cerald Darmanen rəhbərlik edəcək. 
Bruno Le Mer Fransanın İqtisadiyyat, Maliyyə, Rəqəmsal və Hökumət Suverenliyi Nazirliyinin rəhbəri olacaq.

Anyes Panye-Ryunaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Amali de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin edilib.