Fransada yeni virusa yoluxanların sayı sürətlə artır

fransada-yeni-virusa-yoluxanlarin-sayi-suretle-artir
Oxunma sayı: 1011

Fransada son sutkada koronavirusun mutasiya olunmuş yeni növünə yoluxanların sayı 2 minə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran məlumat verib. Bildirilib ki, yanvar ayının əvvəlində təxminən 500 olan yoluxma sayı 2000-nə çatıb.

Dalğanın daha da böyüyəcəyindən narahatlığını ifadə edən Veran hökumətin yaxın günlərdə geniş məhdudiyyətlərə hazırlaşdığını açıqlayıb.