Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə iştirak edənlərin sayı açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nümayişçilərin sayı 380 minə çatıb.
Ümumi Əmək Həmkarlar İttifaqları Konfederasiyasının hesablamalarına görə, dünən ölkə üzrə 1,5 milyon insan etiraz aksiyası keçirib. Onlardan 400 minə yaxını isə Parisdə olub.
Son xəbərlər
Son Xəbərlər