Fransada hüquq-mühafizə orqanları Paris ətrafında bir yeniyetmənin ölümündən sonra başlayan iğtişaşlar zamanı 150 nəfəri saxlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransanın daxili işlər naziri Cerald Darmanin açıqlama yayıb.
Qeyd edək ki, Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq gənclər ikinci gündür ki, küçələrə çıxıblar.
Son xəbərlər
Son Xəbərlər