Fransadakı səfirliyimizdən çağırış

fransadaki-sefirliyimizden-cagiris
Oxunma sayı: 2962

Azərbaycanın Fransadakı Səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

“Qafqazinfo” Secki-2024.az saytına istinadən xəbər verir ki, diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.

Səsvermə Mədəniyyət Mərkəzi nəzdində yaradılmış seçki məntəqəsində baş tutacaq.