Fransadakı terrorla bağlı 3 nəfər tutuldu- - Adları açıqlandı

fransadaki-terrorla-bagli-3-nefer-tutuldu-
Oxunma sayı: 2958


“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, Est Republicain-ın yaydığı məlumata görə, hər 3 cinayətkar ərəb əsilli Fransa vətəndaşlarıdır. Onlar Şeirf və Səid Quaşi qardaşları və Həmid Muraddır. 

Bütün dünyanın diqqət mərkəzində olan cinayətin törədilməsində şübhəli bilinən həmin şəxslər artıq saxlanılıblar. Onların Reymsdə tutulduğu deyilir. 

Buna baxmayaraq Fransanın Daxili İşlər Nazirliyi bununla bağlı heç bir rəsmi açıqlama verməyib. Amma hüquq-mühafizə orqanlarından məlumat təsdiqlənib. 

Digər qeyri-rəsmi mənbələrin məlumatına görə isə adıçəkilən şəxslər Suriyada münaqişə zonasında döyüşərək Fransaya gəlmiş terrorçulardır. 

Qeyd edək ki, yanvarın 7-də redaksiyaya silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.