“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Güləş Federasiyasının texniki məsələlər üzrə direktoru Mişel Lafon AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində məlumat verib. M.Lafon deyib: “Komandamızın heyətində artıq çempion tituluna layiq görülmüş idmançımız Avropa Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq. 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatının qalibi Melonin Numonviyə böyük ümid bəsləyirik”.
M.Lafon vurğulayıb ki, “Bakı-2015” ilk Avropa Oyunlarının Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan kimi inkişaf edən bir ölkədə keçirilməsi mühüm hadisədir. Ümumiyyətlə, Avropa Oyunları kimi yarışlar ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Son xəbərlər
Son Xəbərlər