Fransadan Çexiyaya gedən avtobusa silahlı hücum - 6 yaralı

fransadan-cexiyaya-geden-avtobusa-silahli-hucum
Oxunma sayı: 1195

Fransadan Çexiyaya gedən sərnişin avtobusuna silahlı hücum olub.

“Qafqzinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum silahlı şəxslər avtobusdakı 75 nəfərə ov tüfəngi ilə atəş açıb. Hadisə nəticəsində 6 nəfər yaralanıb.

Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Avtobusda uşaqların da olduğu bildirilir.

Hadisə ilə bağlı hələ ki, heç kim həbs olunmayıb.