Qeyd edək ki, fransalı hüquqşünas Azərbaycana Bordo Ədliyyə Akademiyası tərəfindən təlim keçmək üçün göndərilmişdir. Görüş zamanı Azərbaycandakı məhkəmə-hüquq sistemi, vəkillik ,ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları və s. mövzularda fikir mübadiləsi aparılıb.
Ölkəmizdə olduğundan məmnunluğunu bildirən fransalı hakimliyə namizəd Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının onda müsbət təəsürat yaratdığını dilə gətirmişdir. Xanım bildirmişdir ki, ölkəmizin məhkəmə-hüquq sistemində bir sıra amillər onu yaxşə mənada təəccübləndirmişdir. Məsələn, Yasamal Rayon Məhkəməsinin inzibati binasında olduğunu qeyd edərək, bu məhkəmə binasındakı şəraitə, infrastruktura heyran qaldığını bildirdi. Daha sonra, fransalı qonaq xüsusi olaraq “ASAN” xidmət mərkəzləri ilə tanışlığından danışıb. Belə ki, bir neçə dövlət orqanının bir yerdə yerləşməsinin vətəndaşların işini necə rahatlaşdırğını çox müsbət hal edib. Belə bir təcrübənin nə vaxtsa Fransada da tətbiq olunacağına ümid etdiyini vurğulayıb. Xanım Le Saus, eyni zamanda qeyd edib ki, müşahidə etdiyi qədər Azərbaycanda cinayət işlərində vəkillərin hüquqları fransalı həmkarlarına nisbətdə daha geniş və çoxdur. Qonaq hüquqşünasın diqqətini cəlb edən daha bir məqam isə ondan ibarət olub ki, Azərbaycanda artıq 2004-cü ildən fəaliyyət göstərən Baş Prokuror yanında Korrupsiyaya Mübarizə İdarəsi mövcuddur. Hansı ki, Fransa analoji qurum bir neçə ay əvvəl yaranıb.
Xanım Le Saus eyni zamanda təkliflər də irəli sürüb. Ən başlıcası onu bildirib ki, Azərbaycanda ödənişsiz hüquqi yardımla bağlı vəziyyət istənilən səviyyədə deyildir. Xanım qeyd edib ki, bu institutu inkişaf etdirmək zəruridir.
Daha sonra “AHİM”-in sədri Anar Bağırov, eyni zamanda ictimai birliyin təsisçiləri Mehman Sultanov və Gülnar Qurbanova fransalı qonağa Azərbaycan mövcud olan məhkəmə-hüquq sistemi barədə daha ətraflı məlumatlar vermiş, təcrübə mübadiləsi aparıblar.
Son xəbərlər
Son Xəbərlər