Fransalı idmançı Hidayət haqqında - “O, çox güclüdür”

fransali-idmanci-hidayet-haqqinda
Oxunma sayı: 5720

“O, qələbə üçün hər şeyi etdi. Mən bu qalibiyyətə hörmət etməliyəm”. “Qafqazinfo” xəbər verir ki, bunu fransalı cüdoçu Joan-Benjamin Qaba deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında finalında Hidayət Heydərova məğlub olan 23 yaşlı cüdoçu Azərbaycan təmsilçisinin güclü olduğunu bildirib:

“Hidayət çox güclüdür. Bu qələbə münasibətilə onu təbrik edirəm. Ümid edirəm ki, Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında qızıl medal mənim olacaq”.