Fransalı milyarderə ərə getdi - Video

fransali-milyardere-ere-getdi
Oxunma sayı: 3981

Rusiyalı aktrisa, model Natalya Vodyanova Fransadan olan milyarder Antuan Arno ilə ailə həyatı qurub. “Qafqazinfo” “Tatler-batler” teleqram kanalına istinadən xəbər verir ki, mərasim Parisdə Fransa paytaxtının meri Ann İdalqonun iştirakı ilə keçib.

Vodyanova üçün bu, ikinci, Arno üçün isə ilk nikah olub.

Qeyd edək ki, model biznesmenlə 2011-ci ildən münasibətdədir, cütlüyün artıq Roman və Maksim adlı oğulları var.

Antuan Arno multimilyarder Bernar Arno və onun birinci həyat yoldaşı Anna Devavrenin övladıdır.

Vodyanova daha əvvəl Böyük Britaniyadan olan aristokratla ailəli olub. Onun bu nikahdan üç övladı dünyaya gəlib.