Fransalı milyoner Parisdə ölü tapıldı

Fransalı milyoner Parisdə ölü tapıldı
Oxunma sayı: 1456

Fransalı sahibkar və milyoner Stefan Eymer Parisdə bir hotelin qarşısında ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.

52 yaşlı Stefan Eymer nəhəng tibbi laboratoriyalar şəbəkəsi “Biogroup”un rəhbəri olub. İlkin məlumata görə, milyoner intihar edib.

Qeyd edək ki, “Challenges” iqtisadi jurnalı 2021-ci ildə Eymeri Fransanın ən varlı insanları siyahısında 167-ci pillədə qərarlaşdırıb. Onun sərvəti 600 milyon avro olaraq qiymətləndirilir.