Fransalı səfir Rusiya XİN-nə çağırıldı

fransali-sefir-rusiya-xin-ne-cagirildi
Oxunma sayı: 936

Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper Marseldə rusiyalı futbol azarkeşlərinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Qafqazinfo”nun "Report"una istinadən məlumatına görə, bu barədə "TASS" agentliyi XİN-ə istinadən xəbər yayıb.

Xarici İşlər Nazirliyinin məlumatına vurğulanır ki, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər.

Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub.