Fransanın 7 əyalətində “narıncı” həyəcan siqnalı verildi

fransanin-7-eyaletinde-narinci-heyecan-siqnali-verildi
Oxunma sayı: 2400

Fransada isti hava şəraiti ilə əlaqədar 7 əyalətdə “narıncı” həyəcan siqnalı verilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fransa Meteorologiya İdarəsi açıqlama yayıb.

Açıqlamada hava temperaturunun artması ilə əlaqədar 7 əyalətdə “narıncı”, 25 əyalətdə isə “sarı” həyəcan siqnalının verildiyi qeyd olunub.

Bildirilib ki, ölkənin cənubunda yerləşən Provans-Alp-Kot-d'Azur bölgəsində havanın temperaturu 37-40 dərəcə, Auvern-Rhone-Alp bölgəsində isə 35-38 dərəcə isti təşkil edəcək.

Gecə saatlarında bu ərazilərdə və Aralıq dənizinə yaxın yerlərdə havanın 20 dərəcədən yuxarı olacağı qeyd edilib.

Xüsusilə, Lion və cənub-şərq bölgəsini təsir edən temperaturun çərşənbə günündən etibarən azalacağı gözlənilir.